21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
İntel və Yahoo şirkətləri IDF 2008 forumunda müasir televizorlara veb-saytları əks etdirmək imkanı verən proqram təminatı haqda xəbər verdi. Widget Channel sisteminin köməyi ilə tamaşaçılar xəbərləri, videoları izləyə, dostları ilə ünsiyyət qura bilərlər.
Belə ki, internetlə işləmə verilişləri və filmləri izləyərkən də mümkündür. Bu zaman yayımı dayandırmaq vacib deyil.
Widget Channel platforması Yahoo Widget Engine kiçik mühərrikinin və Intel Media Processor CE 3100 (Canmore) çip sisteminin üzərində qurulub.
Inteqrallaşdırılmış çip şifrəli televizorlar, televiziyaya birləşdirilmiş qurğular, mediapleyerlər və s. üçün nəzərdə tutulub.
“Bizim proqram təminatı televiziya, kabel və peyk operatorları təchiz edənlər arasında pulsuz yayılmağa başlayacaq.” İntel-in vitse prezidenti Erik Kim belə söylədi.
Onun sözlərinə görə, İntel bir ekranda iki HD translyasiya edən çiplərin işləməsini təmin edir. Belə ki, istifadəçi onların hər birini ayrılıqda idarə edə bilər.
Onu da qeyd edək ki, İntel və Yahoo, Widget Channel platformasının tətbiq edilməsi ilə bağlı artıq bir neçə şirkətlə əməkdaşlıq edir. Onlardan Comcast, eBay, MTV, Samsung Electronics, Toshiba, Blockbuster, CBS Interactive, CinemaNow, Twitter və başqalarının adlarını çəkmək olar.