İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Yerli telekanalların xəbər redaksiyaları ekstremal situasiyalara hazır deyil!”

23.05.2009 [12:06]

Fontu böyüt:      

Bu fikirləri dünən Milli Televiziya və Radio Şurasının “Ekstremal situasiyalarda telekanalları rolu” mövzusunda keçirdiyi seminarda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli səsləndirib.

Bu fikirləri dünən Milli Televiziya və Radio Şurasının “Ekstremal situasiyalarda telekanalları rolu” mövzusunda keçirdiyi seminarda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli səsləndirib. Zeynal müəllimin fikrincə problemin  əsas səbəbi telekanallarda hələ də bu tip situasiyalarla bağlı rəhbər qaydaların mövcud olmamağıdır.

Seminarda çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə öz çıxışında bildirib ki, MTRŞ ekstremal situasiyalarda jurnalistlərin fəaliyyəti ilə bağlı telekanallara tövsiyələr hazırlayacaq:“Son dövrlər təkcə Azərbaycanda deyil, bütün dünyada aqressiv meyllər çoxalıb. Efirdə aqressiyanın ifadə olunması, terror, intihar, qəzaların tez-tez verilməsi, qəddar və zorakılıq olan bədii filmlərin göstərilməsi insanların psixikasına təsir edib. Buna görə də MTRŞ uşaq və yeniyetmələrin əqli inkişafına ziyan vuran hallarla bağlı xüsusi qaydalar qəbul edib. Saat 11-dək bu tipli verilişləri və filmləri göstərmək olmaz”.

Şura sədrinin sözlərinə görə, ekstremal situasiyalarda telekanallar öz məsuliyyətlərini dərk etməlidirlər: “Çox təəssüf ki, Azərbaycanda telekanallar Neft Akademiyasında baş vermiş qanlı hadisəyə operativ reaksiya verə bilmədilər. Biz bu hadisə ilə bağlı xarici xəbər kanallarından məlumat aldıq. İnformasiyanın gec verilməsi bizim üçün nöqsan sayıla bilər. Xüsusən də qeyri-dəqiq informasiyaların verilməsi, görüntülərin qanla müşayiət olunması yolverilməzi idi”.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev isə bildirib ki, KİV-lərdə obyektivlik, qərəzsizlik, balanslılıq və dəqiqlik tələb olunur: “Aprelin 30-da belə faciənin baş verməsi gözlənilməz idi. Həm ictimaiyyəti, həm də mətbuatı sarsıdan bir fakt idi. Buna görə də elektron medianın operativlik nümayiş etdirməməsinə haradasa bəraət qazandırmaq olar”.

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli isə bildirib ki, hadisə ilə bağlı rəsmi məlumatlar səkkiz saat sonra yayılıb: “Bu isə müxtəlif mətbuat orqanlarında müxtəlif xəbərlərin getməsinə səbəb olub“.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar