Fontu böyüt:
İstanbulda (Türkiyə) Poçt Tənzimləyicilərinin Avropa Komitəsinin (CERP) 43-cü plenar iclası keçirilir.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, qurumun cari məsələlərinin müzakirə olunduğu tədbirdə Komitənin üzv-ölkələrinin, Ümumdünya Poçt İttifaqının, Avropa Komissiyasının nümayəndələri və poçt sahəsinin ekspertləri iştirak edir.
Sözügedən iclasda Azərbaycanı «Azərpoçt» MMC-nin əməkdaşı Fərid Hüseynov təmsil edir. «Azərpoçt» nümayəndəsinin ölkənin poçt sahəsindəki vəziyyət haqqında məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanın 2001-ci ildən üzvü olduğu CERP Poçt və Rabitə Administrasiyaları Avropa Konfransının (CEPT) üç komitəsindən biridir.