"Yahoo" internet şirkətinin məhsullar üzrə direktoru Bleyk İrvinq şirkəti tərk edir.
Şirkətdə aparılan struktur dəyişikliyi 2012-ci il yanvarın əvvəlində bu vəzifəyə təyin edilən "Yahoo"-nun baş direktoru Skott Tompsonun strateji təşəbbüsü ilə baş verib.

2010-cu ildən "Yahoo"-da çalışan İrvinq şirkəti öz istəyi əsasında tərk edir; şirkətin onu saxlamaq cəhdlərinə baxmayaraq, heç bir nəticə əldə olunmayıb.
RİTN-nin informasiya resurslarından əldə edilən məlumata əsasən, Bleyk İrvinqin şirkəti tərk etməsinin səbəbi haqqında heç bir məlumat verilməyib. Lakin "All Things Digital" nəşrinin məlumatına görə, İrvinq "Yahoo" internet şirkətinin rəhbəri tərəfindən seçilmiş yenidən strukturlaşdırma strategiyasını dəstəkləməyib.
"Yahoo" şirkətində keçən ildən bəri korporativ böhran yaşanır. 2011-ci il ərzində şirkətin illik mənfəəti 21% azalaraq 4,98 milyard dollar təşkil edib.
Xeberler.az