21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Onun məhsuldarlığı 2,5 petaflopsu ötüb
Çin Milli Superkompüter Mərkəzində dünyada ən güclü “Tianhe-1A” adlı hesablama kompleksi işə salınıb. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, son test işləri nəticəsində yeni superkompüter unikal məhsuldarlıq göstəricisi nümayiş etdirib.
Superkompüterin məhsuldarlığı 2,5 petaplopsu (saniyədə təxminən bir kvadrilyon əməliyyat) ötüb. Müqayisə üçün qeyd edək ki, “Top 500” siyahısında birinci yerdə olan ABŞ Oukric Milli Laboratoriyasında qurulmuş “Jaguar” kompleksinin müvafiq göstəricisi 1,76 petaflops təşkil edir.
Çinin Milli Müdafiə Texnologiyaları Universiteti tərəfindən yaradılmış “Tianhe-1A” kompleksinin əsasını “14 336 Intel Xeon” server prosessoru və “7 168 nVidia Tesla M2050” kartı təşkil edir. Yeni superkompüter mürəkkəb elmi hesablamalar və kompleks modelləşdirilməsi istiqamətində tətbiq olunacaq.