Fontu böyüt:
İntel gələn ildə dizüstü kompüterlər üçün çıxaracağı yeni platformada bütün WiMax distributivlərinə yer ayıracaq. İntel, WiMax-ın üç distributivinə də (2,3 GHz, 2,5 GHz, 3,5 GHz) dəstək verən yeni bir kabelsiz yonga dəstinin istehsalına başlayıb.
“Kilmer Peak” adlandırılan yonga dəsti 2010-cu ildə bazara çıxarılacaq və Calpella dizüstü platformasında iştirak edəcək. Calpella platformasında Nehalem prosessorlarının dizüstü modelləri olacaq.
Xatırladaq ki, İntel-in mövcud kabelsiz yonga dəstləri WiMax-ın yalnız 2,5 GHz-lik distributivini dəstəkləyirdi. Kilmer Peak ilə artıq bütün WiMax distributivlərinə dəstək təmin ediləcək. 2,5 GHz-lik distributiv Yaponiya, ABŞ və Tayvanda istifadə edilirdi. Cənubi Koreya və Malayziyada istifadə edilən 2,3 GHz və Pakistanda istifadə edilən 3,5 GH-zlik distributivlərdə beləcə İntel tərəfindən dəstəklənilməyə başlayacaq.