Fontu böyüt:
İnternetdə latın dilində olmayan (birinci eləcə də ikinci dərəcəli). Bu son 30 il ərzində İnternet aləmində baş verən ən vacib hadisədir. İnternetlə işin tənzimləməsi ilə məşğul olan beynəlxala ICANN təşkilatı latın əlifbasında olmayan domenlərin satışını elan edib. Belə ki, istifadəçilər həm birinci həm də ikinci dərəcəli domendən ibarət olan موقع.وزارة-الأتصالات.مصر adresinə daxil ola bilərlər. Bugün üçün cəmi üç latın dilində olmayan üst səviyyəli domenburaxılıb: السعودية.(«Al-Saudiah»-Səudiyyə Ərəbistanı üçün), امارات. («Emarat», Ərəb Əmirlikləri üçün) və مصر. («Misr» Misir üçün). Ərəb dilinin qaydasına görə bu domenlərin hamısı sağdan sola oxunur.
Latın dilində olmayan domenlərlə yaxşı işləməyi heç də bütün müasir veb-brauzerlər öyrənməyiblər. Firefox 3.6.3, Internet Explorer 8, Opera 10.51, Safari 4.0.5 и Chrome 4.1.249.1064 brauzerləri arasında yalnız Opera və Safari ərəb hərflərini göstərə bildi. Qalan brauzerləri saytı açsalarda ərəb hərflərini avtomatik olaraq latın hərfləri, rəqəmlər və simvollarla əvəz etdilər.
İndiyə qədər latın dilində olmayan yalnız ikinci dərəcəli domenlər hazırlana bilərdi, hansı ki, sonluqları müəyyən qaydalara uyğun bitməli idi. Yaxın Şərqdə üst səviyyəli domenlərin registrasiyasına artıq bir neçə provayder razılıq verib. Bununla yanaşı üst səviyyəli domenlər olan «.eg» və «.masr» (Misir üçün) ərəb domenləri ilə paralel olaraq mövcud olacaqdır.
İlin sonuna İordaniya, Qatar, Tailand, Tunis, Şri-Lanka, Honkonq və Fələstin ölkələrinin milli domenləri yaradılacaqdır. Keçən ilin noyabr ayından ICANN 11 dildə domenlərin yaradılması üçün 21 müraciət almışdır.