Fontu böyüt:
Ötən il - 2010-cu ildə Moskvanın "Flinta" nəşriyyatı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Natəvan Dəmirçioğlunun rusca ilk kitabını nəşr edib. Kitab nəfis şəkildə, yüksək poliqrafik keyfiyyətlə nəşr edilibş. Qaynar.info-nun məlumatına görə, Natəvan Dəmirçioğlunun kitabda üç povesti və üç hekayəsi yer alır. Əsasən psixoloji səpkidə yazılmış əsərlər müasir Azərbaycan ədəbiyyatının nümunəsi kimi diqqəti cəlb etmiş və 1000 nüsxə ilə nəşr olunub. "Kniqa pervaya" adlanan kitab rusdilli oxucular üçün nəzərdə tutulub. Yayım Moskvada və Rusiyanın digər şəhərlərində aparılacaq.
Həmyerlimizin kitabı sırf bədii ədəbiyyat nümunəsi olaraq müasir Azərbaycan nəsri haqqında təsəvvür yaratmaqla bərabər, "Yetim" povestində erməni məsələsinə toxunulması və "Üç nöqtə" povestində 20 Yanvar hadisələrinin yada salınması baxımından ictimai əhəmiyyət daşıyır.
İstedadlı nasir Natəvan Dəmirçioğlunun "Kniqa pervaya" adlanan kitabın bir hissəsi Azərbaycana göndərilmişdir, onları "Əli və Nino", AYB-nin "Bayatı" və Bakı Dövlət Universitetinin kitab mağazalarından əldə edə bilərsiz. Kitabı elektron variantda bu linkdən yükləyə bilərsiniz. http://kitabxana.net/?oper=readBook&id=1047