23 dekabr tarixdə Ambassodor otelində Milli İnternet Mükafatı - Milli Net 2011 – in təqdimetmə mərasimi keçirilib.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından
23 dekabr tarixdə Ambassodor otelində Milli İnternet Mükafatı - Milli Net 2011 – in təqdimetmə mərasimi keçirilib.
Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti
Osman Gündüz
çıxış edərək Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat
verib.
O, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün
imkanlardan istifadə edildiyini bildirib və müsabiqənin üğürla başa
çatdığını bildirib
O, Azərbaycan İnternetinin inkişafında , milli internet resursların
yaradılmasında mühüm əhəmiyyət kəsb edən Müsabiqənin Qaydalarının da
gələcəkdə daha da təkmilləşdiriləcəyini bildirib. Osman Gündüz
Müsabiqəyə dəstək verən Rabitə və İnformasiya Texnologiyaları nazirliyi,
Azercell Telekom və Delta Telekom şirkətlərinə minnətdarlığını
bildirib.
Təqdimat mərasimində RİTN-nin şöbə müdiri
İsfəndiyar Əliyev çıxış edərək
Azərbaycan İnternetinin inkişafı istiqamətində bü cür tədbirlərin mühüm
əhəmiyyət kəsb etdiyini bildirib.
O, ölkədə İKT –nin inkişafı istiqamətində son dövrlərdə ciddi addımlar atıldığını qeyd edib .
Təqdimat mərasimində Azercell şirkətinin mətbuat qrupunun rəhbəri
Anar
Cahangirli çıxış edərək İnformasiya texnologiyalarının inkişafına hər
zaman dəstək olduqlarını və Milli Net müsabiqəsinin ölkədə İnternetin
və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.
Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. İnternet
ictimaiyyətinin nümayəndələri , İKT sahəsində fəaliyyət göstərən dövlət
və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri qaliblərə
mükafatları təqdim edərək arzularını bildiriblər.
Çıxış edənlər Müsabiqənin Azərbaycan İnternetinin inkişafında ciddi
əhəmiyyət daşıdığını və Müsabiqənin davamlı olmasını arzuladıqları
bildiriblər.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.
Qaliblərin siyahısı millinet.az da yerləşdirilib.
Təqdimat mərasiminin gedişi İnternetdə birbaşa yayımlanıb.
Təqdimat mərasimində dövlət və özəl sektorun , ictimai təşkilatların və
media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı
nümayəndələri iştirak edib
Milli Net-2011 Müsabiqəsinə RİTN, Azercell Telekom və DeltaTelekom şirkətləri dəstək veriblər.
Daha geniş məlumat və Təqdimat mərasimindən hazırlanan foto-reportajlar millinet.az da yerləşdiriləcək.
Təqdimat mərasimindən hazırlanmış foto-reportaj :
https://picasaweb.google.com/109113897421946954354/MilliNet2011