Moskvanın «Vnukovo» hava limanında sərnişinlər reysə qeydiyyatdan keçəndən sonra yeni xidmətdən yararlanaraq təyyarəyə minik başlayanadək planşet kompüterlərdən istifadə edə biləcəklər.
Moskvanın «Vnukovo» hava limanında sərnişinlər reysə qeydiyyatdan keçəndən sonra yeni xidmətdən yararlanaraq təyyarəyə minik başlayanadək planşet kompüterlərdən istifadə edə biləcəklər.
«APA-Economics»in RBK-ya istinadən verdiyi məlumata görə, ilkin olaraq sözügedən xidmət aeroportdakı bütün yoxlama məntəqələrindən sonra, VIP və biznes zallarında istifadəyə veriləcək. Sərnişin planşet götürdükdə onun minik talonunda bu barədə müvafiq işarə qoyulacaq və sərnişin təyyarənin göyərtəsinə yalnız planşeti təhvil verdikdən sonra minə biləcək.
«Vnukovo» aeroportunun rəhbərliyi ilkin mərhələdə 700 planşet almaq niyyətindədir. Sözügedən qurğuya filmlər, xəbərlər, maraqlı proqramlar və hava limanında satılan malların kataloqu yükləniləcək. Bundan başqa, sərnişin uçuş və enmə tablosunu istədiyi qədər yoxlaya və aeroportun interaktiv xəritəsindən istifadə edə biləcək.
Qeyd edək Ki, Rusiyanın «UTAir» aviaşirkəti hər həftənin II, IV və VI günləri Moskvanın «Vnukovo» hava limanından Bakıya uçuşlar yerinə yetirir.