İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Son 10 ildə internet istifadəçilərinin sayı 10 dəfə artıb

26.08.2013 [13:24]

Fontu böyüt:      

Bu günlərdə istifadəyə verilən “president-az.com” saytı son 10 il ərzində müxtəlif sahələr üzrə görülmüş işlərin müqayisəli təhlilini aparıb. Saytda 2003-2013-cü illərdə internet istifadəçilərinin dinamik artımı ilə bağlı da təhlil yer alıb.
Bu günlərdə istifadəyə verilən “president-az.com” saytı son 10 il ərzində müxtəlif sahələr üzrə görülmüş işlərin müqayisəli təhlilini aparıb. Saytda  2003-2013-cü illərdə internet istifadəçilərinin dinamik artımı ilə bağlı da təhlil yer alıb. 
Yazını olduğu kimi təqdim edirik:
“2003-2013 cü illər ərzində köhnəlmiş ATS-lərin yeni elektron stansiyalar ilə əvəz olunması və optik şəbəkənin genişləndirilməsi ilə genişzolaqlı internet xidmətləri üçün infrastruktur yaradıldı.
Ölkədə internet infrastrukturunun liberallaşdırılması və qiymətlərin endirilməsi məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə son 4 ildə internetin qiyməti 10 dəfəyədək azaldılmışdır. Hazırda Azərbaycanda 1 meqabit-saniyə xidmətinin qiyməti orta əmək haqqının təxminən 3 faizini təşkil edir. İnkişaf etməkdə olan ölkələr üçün  bu rəqəm, orta hesabla, 20 faiz civarındadır. 
2003-cü ildə  ölkədə hər 100 nəfərə 7 internet istifadəçisi düşürdü. Qısa müddət ərzində  həyata keçirilmiş tədbirlər nəticəsində 2005-ci ildə hər 100 nəfərə 8, 2006-cı ildə 12, 2007-ci ildə 18, 2008-ci ildə isə əvvəlki ildəkindən 2 dəfə artaraq 37 nəfərə çatdırılmışdır. 
Son illər ölkədə internetin inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində də aydın şəkildə görünür. Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları 2012  (“The Global Information Technology Report 2012”)  hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəldi. Bu hesabata əsasən, Azərbaycan hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də I yerdədir. Həmçinin, Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2012-2013” hesabatında ”Qlobal rəqabət qabiliyyətlilik indeksi” üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutdu və beləliklə yenə də MDB məkanında öz liderliyini qoruyub saxlaya bildi.
Beləliklə, İlham Əliyevin ötən 10 illik fəaliyyəti nəticəsindəAzərbaycanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 10 dəfə artaraq 70-ə çatdı və bu gün Azərbaycan İran və Gürcüstan kimi ölkələrə internet xidmətləri ixrac edir.”

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar