İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan Beynəlxalq Bankı plastik kartların sayını 1,8 mln-a çatdırıb

31.01.2011 [14:33]

Fontu böyüt:      

Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus plastik kartlarla 2010-cu ildə aparılan əməliyyatların ümumi həcmi 2,7 mlrd. manata çatıb ki, bu da 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə 1,5% çoxdur. ABB-nin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, 2002-ci ildə bankın plastik kartlarının sayı 28 min ədəd, kartlar üzrə aparılan əməliyyatların həcmi isə 71 mln. ABŞ

Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus plastik kartlarla 2010-cu ildə aparılan əməliyyatların ümumi həcmi 2,7 mlrd. manata çatıb ki, bu da 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə 1,5% çoxdur.

ABB-nin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, 2002-ci ildə bankın plastik kartlarının sayı 28 min ədəd, kartlar üzrə aparılan əməliyyatların həcmi isə 71 mln. ABŞ dolları civarında olub. Bankdan bildirib ki, 2010-cu il ərzində ABB tərəfindən 223 mindən çox plastik kart emissiya edilib. Hazırda bankın müştərilərinə aid aktiv plastik kartlarının ümumi sayı 1,8 mln-a yaxındır.

Qeyd edək ki, ABB-nin bankomatlar şəbəkəsi ölkənin 50-dən çox şəhər və rayonunu, o cümlədən, Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir şəhərlərini əhatə edir. Bu şəbəkə 605 bankomatdan ibarətdir. Bakı şəhərində vəsaitin nağdlaşdırılmasından başqa, bütün kart əməliyyatlarını yerinə yetirən 65 «Məlumat köşkü» adlanan müasir tipli cihazlar müştərilərin ixtiyarındadır.

Həmçinin, ABB ekvayrinq şəbəkəsini də inkişaf etdirir. Belə ki, hazırda 2500-dən artıq ticarət və xidmət məntəqəsi bank kartları ilə xidmətə cəlb edilib, iri mağazalarda, tanınmış butiklərdə, restoranlarda, hotellərdə və başqa obyektlərdə kartlardan istifadə üçün şərait yaradılıb.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar