Fontu böyüt:
Bugün “MTV”nin Avrasiya üzrə regional direktoru Metyu Qoldsteyn mətbuat konfransı keçirib.
Konfransda Qoldsteyn “MTV Azərbaycan” kanalının potensialı haqda danışıb:
“MTV-nin Azərbaycanda açılması üçün potensialınız çox güclüdür. Fikrimcə, Azərbaycan musiqi sevən və əsl musiqiyə qiymət verməyi bacaran bir ölkədir. “MTV Azərbaycan” kanalında dünyanın bütün musiqi örnəklərindən istifadə olunacaq. “MTV Azərbaycan”da Azərbaycan musiqiləri ilə yanaşı xarici musiqilər dəsəslənəcək, amma məncə hip-hop sizin ölkəyə lazım deyil, türk və rus musiqiləri də çox az səslənəcək efirdə", - deyə o vurğulayıb.
Qeyd edək ki, Qoldsteyn daha əvvəl xeberler.az saytına verdiyi eksklüziv müsahibədə (http://www.xeberler.az/site/shownews.php?news_id=4198) MTV-Azərbaycanın sentyabrın 3-cü həftəsində açılacağını söyləmişdi. Görünən odur ki, MTV-ni gözləyənlər hələ biraz da səbr etməli olacaqlar.