İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Təyyarə qəzasının səbəbi mobil telefon ola bilər

13.10.2008 [10:19]

Fontu böyüt:      

The New Zealand Herald-ın məlumatına görə, Quantas şirkətinin aerobusu Hindistan üzərindən keçərkən qəflətən idarəsini itirib. Kəmərlərini bağlamamış sərnişinlər salonun tavanına dəyib, zədələr və ağır yaralar alıblar.
The New Zealand Herald-ın məlumatına görə, Quantas şirkətinin aerobusu Hindistan üzərindən keçərkən qəflətən idarəsini itirib. Kəmərlərini bağlamamış sərnişinlər salonun tavanına dəyib, zədələr və ağır yaralar alıblar. Bir neçə dəqiqədən sonra idarəetmə yenidən bərpa olub və təyyarə qəza vəziyyətində enməni Qərbi Avstraliyanın hərbi aerodromunda edib.
Bu zaman zərərçəkmişlər məhkəmə iddiası qaldırır və mütəxxəssislər bunun səbəbini öyrənməyə çalışırlar. Onlar əvvəlcə təyyarənin sensor idarəetmə sisteminin donmasını yoxlayırlar. Bir müddət keçəndən sonra Quantasın rəsmi nümayəndələri hadisənin naviqasiya kompüterinin səhvi nəticəsində baş verdiyini deyirlər. Lakin mütəxxəssislərin son məlumatı çoxlarını heyrətə salır: ehtimal olunur ki, avtopilotdakı qəza sərnişinlərdən birinə məxsus elektron cihazın təsiri ilə baş verib. Bu, noutbuk, mobil telefon və ya oyun cihazı ola bilər.
Məlumdur ki, təyyarənin salonunda mobil telefon və ya noutbuklardan istifadə arzuolunmazdır. Lakin bəziləri bunu ciddi qəbul etmirlər.
Cihazla tanış olan insanlar təsdiq edirlər ki, idarəetmə siqnalları hava gəmisinin içində simsiz radioqurğulardan etibarlı ekranlaşdırılmış simlərlə ötürülür. Buna baxmayaraq, nəqliyyat təhlükəsizliyinin Avstraliya bürosunun tədqiqatçıları bu yaxınlarda Quantas şirkətinin aviareyslərindən birində baş vermiş qəzanın səbəblərini araşdırarkən aşkar ediblər ki, qəza zamanı sərnişinin simsiz mausu aerobusun kursunu üç dərəcə dəyişib.
Tədqiqat aparan komitənin rəhbəri Daily Mail-ə xəbər verib ki, baş verən hadisənin mexanizmini hələ tamam aydınlaşdıra bilməyiblər.

xeberler.az /Nigar Imanlı
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar