Fontu böyüt:
Zaman keçdikcə insanlar informasiya və kommunikasiya texnologiyalarından daha çox faydalanmağa çalışırlar. Mobil reklam da məhz belə sahələrdən biridir.Yenilikləri və müasirlikləri ilə seçilən şirkətlər artıq bu sahəyə xeyli diqqət ayırmağa başlayıblar. Bu iqtisadi baxımdan da həmin şirkətlərə xeyli sərfəlidir,çünki adi reklamlardan fərqli olaraq bu reklam növu çox ucuz və keyfiyyəflidir. Həmçinin,mobil saytlarda olan reklamlar daha çox oxunur və diqqəti cəlb edir. Bununla da mobil marketinq xidmətlərindən istifadə edən şirkətlərin reklamları dafa effektli və ekonom olur.
Artıq Azərbaycanda da mobil reklama olan tələbatı ödəyən sayt fəaliyyətə başlayıb. www.moxito.az adlanan saytın rəhbəri Rəşad Əliyevin xeberler.az-a verdiyi məlumata əsasən bu sistem həm də mobil saytlar üçün yeni bir qazanc mənbəyi olacaq.
Sistemdə reklamınızı yerləşdirmək üçün sizin saytınızın olması vacib deyil. Hər hansı bir reklamınızı Mənim Səhifələrim hissəsindən daxil olub öz istəyinizə uyğun olaraq sadə bir formatda səhifə kimi yarada bilərsiz.
Reklam vermək arzusunda olan şirkət və fiziki şəxslər Azərbaycan qanunvericiliyinə zidd olmayan istənilən reklamı bu saytda yerləşdirə bilərlər.
Layihə rəhbəri,həmçinin saytın adının (moxito) daşıdığı mənaya da aydınlıq gətirdi.Bu söz Mobil Xidmetler Toplusu iafdəsinin qısaldılmış formasıdır.
Rəşad Əliyev moxito.az sisteminin üzərində aparılan test mərhələsinin artıq başa çatdığını, sayt sahibləri, mobil reklam üçün yer axtaranların moxito.az saytından rahat faydalana biləcəklərini vurğuladı.