Fontu böyüt:
Spamhaus antispam xidməti Microsoft Windows Live`in onlayn servislərini internet vasitəsilə istiadəçiləri aldatmaq üçün istifadə olunan xidmətlər sırasında beşinci yerdə qərarlaşdırıb. Spamhausda bildirirlər ki, kiber cinayətkarlar Windows Live Hotmail, Windows Live Spaces və Windows Live SkyDrive kimi pulsuz servislərdən aktiv şəkildə istifadə edirlər. Microsoftun xidmətləri vasitəsilə daha çox tibb sahəsinə aid olan, sağlamlığa aid olan və “böyüklər üçün” məlumatlar yayılır.
Bunlarla yanaşı, Windows Live “Nigeriya” məktublarının da yayılması üçün istifadə olunur. Bu məktublarda sadəlöhv istifadəçilərə pul qoymaqla Nigeriyadan külli miqdarda gizli yolla pul qazanmaq imkanı təqdim olunur. Təbii ki, heç bir pul köçürülmür və aldanmış istifadəçi heçnəsiz qalır. Bu sxem Nigeriya cinayət məcəlləsinin oğurluğa görə məsuliyyət maddəsinin nömrəsi ilə “419” kimi də adlandırılır.
Microsoft bildirir ki, onlar spam məktubları tutan kimi onun qarşısını alırlar. Amma spamerlər yeni hesab açmaqla işlərinə davam edirlər. Spamer aktivliyinə görə hazırda birinci yeri ABŞ, ikinci yeri isə Çin və Rusiya tuturlar.