İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16.04.2012 [18:37]

Fontu böyüt:      

Öncə elektron elmin şəbəkə platforması və infrastrukturu olan AzScienceNet elm kompyuter şəbəkəsinin İdarəetmə Mərkəzinin açılışını bildirən rəmzi lent kəsilib.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatına həsr olunmuş tədbir keçirilib
 Mərasimdə AMEA prezidenti akademik Mahmud Kərimov, Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Əli Abbasov, Təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri akademik Qərib Məmmədov, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov və digər rəsmi şəxslər, KİV nümayəndələri iştirak edirdilər.

Öncə elektron elmin şəbəkə platforması və infrastrukturu olan AzScienceNet elm kompyuter şəbəkəsinin İdarəetmə Mərkəzinin açılışını bildirən rəmzi lent kəsilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev qonaqlara mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verərək şəbəkənin istismarı və texniki imkanlarının artırılması, inkişaf perspektivləri, beynəlxalq tələblər səviyyəsində inkişafı ilə bağlı görüləcək işlərdən söhbət açib.

Sonra qonaqlar İTİ-nin kiçik konfrans zalında institutun elmi və elmi-təşkilati fəaliyyətini, elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən elmi əsər və kitablar, jurnal və bukletlərlə tanış olublar. Bildirilib ki, 2005-2011-ci illər ərzində institutun əməkdaşları beynəlxalq səviyyəli konfrans və simpoziumlarda 243, respublika səviyyəli konfranslarda isə 159 məruzə ilə çıxış ediblər. Bu illər ərzində xaricdə nəşr olunan elmi jurnallarda 231, respublikada isə 163 məqalə dərc edilib. İnstitut əməkdaşlarının elmi əsərlərinin dünyanın məşhur reyestrləri olan Scopus, Thomson Reuters, DBLP, Scirus-da paylanması ilə bağlı statistik məlumatlar verildi. İnstitutun informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə 35, o cümlədən 28 xarici jurnalın abunəçisi olduğu qeyd edilib.

İnstitutda keçirilən elmi konfrans və iclasları, olimpiadaları, xarici qonaqlarla görüşləri özündə əks etdirən fotogörüntülər nümayiş etdirilib.

Qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi portalı olan www.science.gov.az–ın fəaliyyətinə həsr olunmuş təqdimatla tanış oldular. 1995-ci ildə yaradılan www.science.gov.az-ın Azərbaycanın ilk veb-saytı olduğu bildirildi, portalın cari vəziyyəti və inkişaf perspektivləri haqqında ətraflı məlumat verilib.

Sonra institutun yeni istifadəyə verilmiş böyük konfrans zalında institutun Elmi Şura üzvləri, doktorant və dissertantlarının iştirakı ilə institutun elmi fəaliyyətinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan professor Rasim Əliquliyev institutun yaranma tarixi, elmi-tədqiqat, elmi-innovasiya, tədris-innovasiya fəaliyyəti haqqında geniş məlumat verib.

“AMEA İnformasiya Texnologiyaları İnstitutunun yeni siması bizi heyran etdi” – bu sözlər  Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Əli Abbasova məxsus olub.

Tədbirdə həmçinin Təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyev, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi akademik Akif Hacıyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri akademik Qərib Məmmədov çıxış edərək AMEA İnformasiya Texnologiyaları İnstitutunun innovativ inkişaf yolunu tutmuş elmi müəssisə olduğunu, bu yolun böyük inam və etibarla inkişaf etdirildiyini bildirərək qeyri-neft sektorunun aparıcı sahəsi hesab olunan İKT-nin Azərbaycanın gələcək inkişafında mühüm rol oynadığını söyləyiblər


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar