Fontu böyüt:
İyulun 21-dən “Azercell Telekom” MMC-nin abonentləri üçün istifadəyə verdiyi “Həftəyə Avtomobil” kampaniyası davam edir. Ötən həftə kampaniyanın 7-cı tirajı keçirilib. Bu dəfə “Toyota Corolla” avtomobilinə Adıgözəlov Mayis Fəxrəddin oğlu sahib olub.
Kampaniyada iştirak etmək üçün abonent 9080 qısa nömrəsinə SMS-lə 50 yazıb göndərməlidir. Bundan sonra onun balansına 50 MMS yüklənilir. Abonentlər bu hədiyyədən 5 gün ərzində şəbəkədaxili MMS göndərmək üçün istifadə edə bilərlər. 9080 qısa nömrəsinə SMS göndərən abonentlər 50 MMS-lə yanaşı, hər həftə oynanılan “Toyota Corolla” avtomobilini qazanmaq şansı əldə edirlər. Belə ki, hər həftənin cümə günü “Azercell Telekom” MMC-nin baş ofisində “Toyota Corolla” avtomobili oynanılan tiraj keçiriləcək.
9080 qısa nömrəsinə göndərilən hər bir mesajın qiyməti 1000 konturdur. Bu konturlar qısa mesajın nə zaman göndərilməsindən asılı olmayaraq, abonentin gecə balansından tutulur. Əgər gecə balansında kifayət qədər kontur olmazsa, çatışmayan hissə nömrənin əsas balansından tutulur.
Kampaniya dövründə keçiriləcək hər tirajda da həftə ərzində “50” rəqəmini 9080 qısa nömrəsinə göndərən “Azercell” fakturasız xətt abonentləri iştirak edirlər. Hər tirajda bir ədəd nömrə qalib elan edilir. Tirajlar xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.