21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Azərbaycan Texniki Universitetində (ATU) İREX beynəlxalq təşkilatının “Azərbaycanda yeni media” layihəsi çərçivəsində quraşdırılmış Wi-Fi sisteminin təqdimatı keçirilib.
Wi-Fi sistemi Azərbaycan Texniki Universitetinin üç məntəqəsində - tələbələrin kitabxanasında, müəllimlərin kitabxanasında və tələbə yeməkxanasında quraşdırılıb. 8 MB/s sürətli internetdən hər məntəqəyə eyni vaxtda orta hesabla 200 istifadəçi qoşula bilər.
Azərbaycan Texniki Universitetinə qədər İREX-Azərbaycan təşkilatı USAİD-in maliyyə dəstəyi ilə Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Sumqayıt Dövlət Universitetində də Wi-Fi sistemi quraşdırıb. Bundan başqa, 19 rayonda və rayon mərkəzində İctimai İnformasiya Mərkəzləri yaradılıb, onlardan 10-u müasir kompüterlərlə təchiz edilib və 4 mB/s sürətli genişzolaqlı İnternetlə təmin edilib.İREX-in Azərbaycan nümayəndəliyi Azərbaycanda Yeni Media Layihəsi çərçivəsində USAİD-in maliyyə dəstəyi ilə Azərbaycan Texniki Universitetinin (ATU) əsas binasında Wi-Fi sisteminin quraşdırılması layihəsini başa çatdırıb.
Layihə USAİD-in maliyyə dəstəyi ilə həyata keçirilib.
Təqdimatda universitetin müəllim-tələbə heyəti ilə yanaşı, İREX-Azərbaycan təşkilatının “Azərbaycanda Yeni Media” layihəsinin rəhbəri Angela Nicoara, USAİD-in missiya rəhbəri Michael Greene, ATU-nun rektoru Xavər Məmmədov iştirak ediblər.