İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azercell və Bakcell-ə 3G lisenziyası verilməsi barədə qərar qəbul olundu

02.11.2011 [12:29]

Fontu böyüt:      

3 mobil operatora dünyada ən müasir 4G (LTE) mobil rabitə xidmətinin tətbiqi üçün texniki və hüquqi normalara uyğun təkliflərin verilməsi tapşırılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

xeberler.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu ilin 9 ayı ərzində informasiya-kommunikasiya sektorunda çox böyük artımın qeydə alındığını bildirib və bu sektorun çox dinamik inkişaf etdiyini deyib.

Nazir cari ilin 9 ayında sektorun ayrı-ayrı sahələrində həyata keçirilən islahatlardan danışıb, gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd edib.

Kollegiyada 2011-ci ilin 9 ayı ərzində sektor üzrə qeydə alınan nəticələr barədə məruzə dinlənilib. Qeyd olunub ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 12,4%, o cümlədən, telekommunikasiya sektorunda 8,3%, İT sektorunda 1,6 dəfə, informasiya sektorunda isə 38,8% təşkil edib.

Məlum olub ki, hesabat dövründə mobil abunəçilərin sayı 10 milyona yaxın, əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 15, internet istifadəçilərinin sayı isə 60-a bərabər olub. Bu, dünya üzrə orta göstəriciləri 2 dəfədən çox üstələyir.

Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər.
Kollegiyada həmçinin Azercell Telecom və Bakcell operatorlarına 3G mobil rabitə xidməti göstərməsi üçün lisenziyaların verilməsi ilə bağlı qərar qəbul edilib, eyni zamanda, nazirliyin müvafiq qurumlarına və ölkədə fəaliyyət göstərən 3 mobil operatora dünyada ən müasir 4G (LTE) mobil rabitə xidmətinin tətbiqi üçün texniki və hüquqi normalara uyğun təkliflərin verilməsi tapşırılıb.
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar