İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Cisco TANDBERG şirkətini almaq üçün rəsmi təklif göndərdi

07.10.2009 [15:15]

Fontu böyüt:      

Bu razılaşma Cisco şirkətinin birgə fəaliyyət üçün nəzərdə tutulmuş təkliflərini genişləndirəcək və müştərilərə bizneslərini dünya miqyasında dəyişməyə imkan verəcək

Bu razılaşma Cisco şirkətinin birgə fəaliyyət üçün nəzərdə tutulmuş təkliflərini genişləndirəcək və müştərilərə bizneslərini dünya miqyasında dəyişməyə imkan verəcək
 
IKT Informasiya Merkezindən xeberler.az-a verilən məlumata əsasən Cisco şirkəti videokommunikasiyalar sahəsinin lideri, dünya sinifli videoterminal və infrastruktur şəbəkə həllərinin təchizatçısı, qərargahı Oslo (Norveç) və Nyu-York (ABŞ) şəhərlərində yerləşən TANDBERG şirkətini almaq üçün rəsmi təklifi göndərməyə imkan verən razılaşmanın imzalandığını bəyan etdi. Sözügedən razılaşmanın uğurla tamamlandığı təqdirdə Cisco birgə fəaliyyət üçün nəzərdə tutulmuş məhsullar portfelini genişləndirəcək və daha çox müştərilərə genişləndirilmiş həllər çeşidini təqdim edəcək ki, bu da həmin texnologiyanın dünya bazarında yayılmasını daha da sürətləndirəcək.


İmzalanmış razılaşmanın şərtlərinə əsasən Cisco şirtkəti ümumi qiyməti üç milyard ABŞ dolları təşkil edən TANDBERG şirkətinin dövriyyədə olan bütün səhmlərini alınmaq üçün tender təklifi göndərəcək. Sözügedən təklif TANDBERG şirkətinin direktorlar şurasında da yekdilliklə bəyənilmişdir.

Razılaşmanın 2010-cu təqvim ilinin birinci yarısında başa çatdırılacağı gözlənilir. Dəqiq vaxt isə ABŞ və digər ölkələrin tənzimləyici qurumlarında razılaşdırılma prosesi daxil olmaqla standart müqavilə şərtlərinin icra olunmasından asılı olacaq. Cisco şirkəti bu razılaşmanı GAAP qaydalarının nəzərə alınmaması şərtilə 2011-ci maliyyə ilinin gəlir hissəsinə daxil etmək niyyətindədir.

Videoterminal və şəbəkə infrastrukturu üçün nəzərdə tutulan ən yaxşı TANDBERG həlləri dünya sinifli arxitektura ilə, yəni Cisco-nun birgə fəaliyyət üçün nəzərdə tutulmuş arxitekturasılə inteqrasiya olunacaq. Nəticədə korporasiyalararası və multivendor uyğunluq imkanları genişləndiriləcək və bütün növ məhsulların (stolüstü qurğulardan başlayaraq istifadəçiləri virtual mühitə dalan çox-ekranlı TelePresence sistemlərinədək) istifadəsi asanlaşacaq.

 


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar