Fontu böyüt:
Ötən gün Şanxayda dünyanın ən sürətli superkompüterinin təqdimatı olub. Yeni superkompüter saniyədə 230 trilyon əməliyyat yerinə yetirmək imkanına malikdir.
Onun adı Çin dilindən tərcümədə “Sehrli kub” mənasını verir. “Sehrli kubun” işlənib hazırlanması ilə məşğul olan Şuquan şirkətindən bildiriblər ki, 2010-cu ilin sonuna kimi saniyədə 1000 trilyon əməliyyat yerinə yetirmək imkanına malik “Şuquan - 6000” superkompüteri işıq üzü görəcək.
Bununla da Çin ABŞ-dan sonra tam müstəqil şəkildə bu cür güclü superkompüter işləyib hazırlaya bilən ikinci ölkəyə çevrilib.