İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Sahil-İT şirkətinin mətbuat üçün açıqlaması

22.10.2010 [15:16]

Fontu böyüt:      

Azadlıq qəzetinin 20 oktyabr 2010-cu il tarixli sayıda «Azadlıq»ın saytını kimlər dağıdır? sərlövhəli yazı da Sahil şirkəti ilə bağlı müəyyən məqamlar yer alıb...

Məlum olduğu kimi Azadlıq qəzetinin 20 oktyabr 2010-cu il tarixli sayıda «Azadlıq»ın saytını kimlər dağıdır? sərlövhəli yazıda Sahil-İT şirkəti ilə bağlı müəyyən məqamlar yer alıb. Adı çəkilən yazının müəllifi Sahil-İT şirkətini az qala Azadlıq qəzetinin saytının dağıdılmasında günahkar kimi təqdim edir.

Sahil-İT şirkəti olaraq qətiyyətlə bildiririk ki, ölkənin İKT sektorunda cidi bir qurum olaraq tanınan şirkətimizin Azadlıq qəzetinin saytının dağıdılması ilə bağlı heç bir əlaqəsi yoxdur. Sahil-İT şirkəti olaraq baş verənlərlə bağlı apardığımız elementar araşdırmaların nəticəsi olaraq aşağıdakıları bildiririk.

Yazıda qeyd olunan AdSahil sistemi Sahil-IT-nin 2006-ci ilden bəri fəaliyyət göstərən AdServer texnologiyası üzerindən çalışan bir İnternet reklam sistemidir. Onun vasitəsi ilə müxtəlif saytlarda reklam bannerləri yerləşdirilir, bannerlərin monitoringi aparılır, reklam kampaniyaların hesabatları hazırlanır. Anlaşıqlı formada desək, A saytında B bannerini yerləşdirmək, onun neçə nəfər tərəfindən ziyarət edildiyini, göründüyünü, klikləndiyini hesablamaq ucun, banner AdSahil kodu vasitəsi ilə yerləşdirilir.

Bildiririk ki, AdSahil sisteminə hal hazırda 100-ə qədər milli saytda 300-dən artıq reklamverənin bannerləri yerləşdirilir. Əslində baş verən ondan ibarətdir ki, Azadliq.info-nun hansısa banneri hansısa saytda yerləşdirilib və oradakı kliklər vasitəsi ilə saytlarına insanlar daxil olub. Serverin log-unda eyni səhife ünvanı görsəndiyinə görə, Azadlıq qəzetinin qeyri-peşəkar “araşdırması” nəticəsində məhz bu URL onların saytlarını “dağıdan” səhifə olaraq qəbul edilib.

Bildiririk ki, sayt vasitəsi ilə sayt dağıdılmaz. Bu utopiya və cəfəngiyatdır. Saytı dağıtmaq üçün saytdakı elementlərin özü, oradakı “boşluq”lardan istifadə olunur. Əgər söhbət hansısa “hücum”-dan ya da DDOS hücumdan gedirsə də, onu bir tək səhifədən təşkil etmək mümkün deyil, onun ucun yüzlərlə-minlürlü server və IP tələb olunur.
Adı çəkilən yazıdakı http://www.adsahil.com/ads/www/delivery/afr.php?n=ac918fe0&zoneid=155 ünvanındakı zoneid=155 kodu ilə ***.com saytında bir HTML kodlu banner yerləşdirilmişdir. HTML kodlu banner o deməkdir ki, bannerin özü ayrı yerdə yerləşir, AdSahil onu sadəcə lazım olan şərtlərlə əks elətdirir. HTML kod bu formadadır:

iframe src="http://azadliq.info/banner/index.php" style="padding-top: 0px; padding-right: 10px;" marginwidth="0" marginheight="0" width="468" frameborder="0" height="60" scrolling="no"

Bu isə azadliq.info/banner/index.php ünvanında yerləşən bir səhifənin əks olunmasını təmin edən koddur.

Deməli nəticə ondan ibarətdir ki, əslində zərərverici kod elə Azadlıq qəzetinin öz saytında - azadliq.info- da yerləşib.

Təəssüflə bildiririk ki, Azadlıq qəzetinin sistem administratorunun öz serverlərində adi bir araşdırma aparılmamağı, mütəxəssislərlə məslətləşməməsi zərəverici kodların məhz öz serverlərində olmasını müəyyən etməyə imkan verməyib.
Sahil şirkəti olaraq bildirik ki, uzun müddətdir ki, biz müxtəlif ideoloji platformalarda olan yüzlərlə internet resurslara xidmət göstəririk.

Azadlıq qəzetində qeyri-peşəkar və tələskən formada hazırlanaraq verilən bu yazının bizim işgüzar nüfuzumuza zərər vuracağını düşünürük.

Sahil-İT şirkəti, Azadlıq qəzetinin media subyekti olduğunu və problemin spesifik olmasını nəzərə alaraq işgüzar nüfuzunu qorumaq üçün məhkəməyə müraciət etməzdən öncə qəzetin Sahil-İT şirkəti ilə bağlı təkzib veriləcəyinə və Şirkətdən üzr istəniləcəyinə ümid edir.

"Sahil"–İT MMC direktoru Qasımov V.A.
www.sahil.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar