Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsinin peşə bayramı münasibətilə paytaxtda yeni rabitə obyektlərinin istifadəyə verilməsini planlaşdırır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, şəhərin bir sıra elektron avtomat telefon stansiyalarında (EATS), istifadəçilərə genişzolaqlı internet xidmətlərinin təqdim olunması məqsədilə ADSL-portların sayı artırılacaq. 440/441 saylı EATS-də 144, 493/498/598 EATS-də 192, 561/562/563 EATS-də 512, 566/567/514 EATS-də 192, 459 EATS-də 192, 453 EATS-də isə 24 yeni port quraşdırılacaq.
Bundan əlavə, S. Vurğun 88 və S. Vurğun 75 A ünvanlarında müvafiq olaraq 1400 və 1650 nömrə tutumlu yeni ATS-lər quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur. Bayram tədbirləri çərçivəsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Binə Ticarət Mərkəzi ərazisində 256 nömrə tutumlu yeni EATS, eləcə də 32 portluq 2 ədəd abunə sıxlaşdırma avadanlığı istismara buraxılacaq.