21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Xarici İşlər Nazirliyi “Elektron hökumət” portalına qoşulub. Bu xidmət xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasına səfər etməzdən öncə akkreditasiya üçün zəruri olan sənədləri təqdim etməklə akkreditasiyasının XİN tərəfindən təmin edilməsi məqsədilə xarici KİV nümayəndəsinin müraciətinin araşdırılmasını, həyata keçirilməsini və cavablandırılmasını əhatə edir.
Sorğu real vaxt rejimində ərizə formasının doldurulması, eləcə də müraciət üçün tələb olunan digər müvafiq sənədlərin surətinin əlavə edilməsi ilə formalaşdırılır. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərə akkreditasiya üçün müraciət edən xarici KİV nümayəndəsinin Azərbaycan Respublikasının xarici işlər nazirinə ünvanlanmış məktubu, tərcümeyi-halı, 2 ədəd 3X4 ölçüdə fotoşəkil və pasportun surəti daxildir.
Doldurulmuş forma XİN-də qeydiyyata düşür və sənədin qəbul edilməsi barədə ərizəçiyə bildiriş göndərilir. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Xarici İşlər Nazirliyinin Ümumi katibliyi, Nazirlik və xaricdəki nümayəndəliklərlə əlaqələr idarəsi həyata keçirilir.
Müraciətə dair tələb edilən sənədlərin çatışmazlığı aşkar olunduqda və ya xarici KİV nümayəndəsi Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə AR-ın müvafiq orqanlarına müraciət etmədən səfər etdiyi təqdirdə elektron xidmətin göstərilməsindən imtina edilir. Qeyd edək ki, xarici KİV nümayəndələrinin e-akkreditasiyası ödənişsiz olaraq həyata keçirilir. (ictnews.az)