Fontu böyüt:
13 Oktyabr 2009-cu il tarixində saat 14:00-da Azərbaycan Media Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyi mətbuat konfransı keçirəcək.
Tədbirdə “Yeni Nəsil”in təşəbbüsü ilə hazırlanmış “Diffamasiya haqqında” qanun layihəsinin parlamentə rəsmən təqdim olunması, bu qanunla əlaqədar jurnalistlər arasında keçirilmiş imza toplama kampaniyasının nəticələri və planlaşdırılmış tədbirlər barədə məlumat veriləcək.