21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Ramazan ayının ilk günüdür. Türkiyədə telekanallar iftar zamanı canlı reportajlar verirlər, maarifləndirici proqramlar hazırlayırlar. Bəs bizim telekanallar bu müqəddəs aya necə hazırlaşıblar? Lent.az bununla bağlı telekanallara müraciət edib.
AzTV-nin növbətçi redaktoru bildirdi ki, televiziyada ramazanla bağlı proqram və reportajlar hazırlanması planlaşdırılır. Ancaq o, hazırda telekanalda rəhbər şəxslər olmadığını və gələn həftənin birinci günü sualımıza ətraflı cavab ala biləcəyimizi söylədi.
İTV-nin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov dedi ki, telekanal iftar süfrəsindən canlı yayımlar nəzərdə tutmasa da, səhərlər efirə çıxan “Yeni Gün” verilişində hər günün duası oxunacaq. Eyni zamanda hər həftənin beşinci günü işıq üzü görən “Din və cəmiyyət” proqramı çərçivəsində Ramazanla bağlı maarifləndirici mövzulara yer ayrılacaq. O bildirdi ki, İTV-də Ramazan ayının hikmətləri və orucun faydaları ilə bağlı sənədli filmlər də hazırlanıb və bu ay ərzində “Məhəmməd Peyğəmbər“, “Quran möcüzələri”, “İbrahim Peyğəmbər” filmlərinin nümayişi nəzərdə tutulub.
“Xəzər” və “Lider” telekanalında sualımızı cavablandıra biləcək səlahiyyətli şəxslərin gələn həftənin birinci günü iş yerlərində olacaqlarını bildirdilər.