İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

iPad 2: inqilab baş tutmadı

06.03.2011 [15:46]

Fontu böyüt:      

ABŞ-ın "Apple" korporasiyası iPad 2 planşet kompüterini təqdim edib. "Apple"nin prezidenti Stiv Cobsun dediyinə görə, iPad 2 ABŞ-da martın 11-də, dünyanın 26 ölkəsində isə martın 25-də satılmağa başlanacaq. MDB ölkələri, o cümlədən Azərbaycan "Apple"nin satış siyahısında olmadığı üçün yerli iPad fanatları ya çox gözləməli, ya da xarici

 ABŞ-ın "Apple" korporasiyası iPad 2 planşet kompüterini təqdim edib.

"Apple"nin prezidenti Stiv Cobsun dediyinə görə, iPad 2 ABŞ-da martın 11-də, dünyanın 26 ölkəsində isə martın 25-də satılmağa başlanacaq. MDB ölkələri, o cümlədən Azərbaycan "Apple"nin satış siyahısında olmadığı üçün yerli iPad fanatları ya çox gözləməli, ya da xarici ölkələrdən birinə yollanan tanışların iPad alıb göndərməsinə ümid etməli olacaqlar.

Ötən ili tam mənada iPad ili saymaq olar: 2010-cu ilin aprelindən dekabra qədər 15 milyon belə kompüter satılıb. Dünya planşet kompüterləri satışları seqmentində isə "Apple"nin payı 90 faizdir. iPad üçün indiyədək 65 mindən artıq proqram və əlavə buraxılıb.

iPad 2 kompüteri isə ikinüvəli prosesor əsasında ilk planşetdir. O, 1 qeqahers tezliklik A5 prosesoru əsasında işləyir və sonucda iPad 2-nin sürəti iPad-dan iki dəfə artıqdır. Qrafik sistemin sürəti isə əvvəlki iPad-la müqayisədə 9 dəfə çoxdur.
Bundan başqa, iPad-2 kamera ilə də təchiz olunub.

Mütəxəsssilər hesab edirlər ki, bütün bunlara rəğmən, "Apple"nin yeni məhsulu gözləntiləri doğrultmayıb. Çünki milyonlarla kompüter istifadəçisi Stiv Cobsun korporasiyasından gerçək inqilab gözləyirdilər./// milli.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar