Bakıda “Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” adlı beynəlxalq müsabiqəsinin növbəti 1/4 final mərhələsi (Azərbaycan Birinciliyi) keçiriləcək. 03.11.2013-cü il tarixində saat 10:00-da Qafqaz Universitetində keçirilməsi planlaşdırılan müsabiqədə müvəffəqiyyət qazanan komandalar növbəti mərhələyə keçəcəklər.
Bakıda “Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” adlı beynəlxalq müsabiqəsinin növbəti 1/4 final mərhələsi (Azərbaycan Birinciliyi) keçiriləcək. 03.11.2013-cü il tarixində saat 10:00-da Qafqaz Universitetində keçirilməsi planlaşdırılan müsabiqədə müvəffəqiyyət qazanan komandalar növbəti mərhələyə keçəcəklər. ICTNEWS-un verdiyi məlumata görə, komandalar 30 noyabr - 01 dekabr 2013-cü il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək “Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmə hüququ əldə edəcəklər. Müsabiqədə iştirak edəcək komandalar (hər bir komandanın rəhbəri (coach), komanda üzvləri 3 nəfər tələbə (bakalavr və magistr ola bilər) “acm.baylor.edu” müsabiqənin rəsmi saytında qeydiyyatdan keçməlidir. 27 oktyabr qeydiyyatın son tarixdir. Qeydiyyat qaydaları haqqında “http://neerc.ifmo.ru/information/registration-rules.html” saytında ətraflı məlumat almaq olar. “www.acm.baylor.edu” saytına daxil olduqdan sonra öncə “Coach” komanda rəhbəri qeydiyyatdan keçməlidir. Sonra isə “To create a new team, “please click here” (əvvəlki illərdə qeydiyyatda keçmiş komanda rəhbərləri login ilə daxil ola bilərlər) keçidlə ardıcıl müvafiq bölmələrə daxil olub komandaları qeydiyyatdan keçirməlidir.