Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin tabeli müəssisələrində, Ramazan bayramı ərəfəsi, sentyabr ayının 12-də iməciliklər keçiriləcək, səliqə sahman işləri aparılacaq, ağaclar əkiləcək, yaşıllıq zolaqları salınacaq.
Bundan əlavə, 2009-cu ilin 9 aylığı üzrə təyin olunmuş tarif gəliri proqnozunun sentyabrın 15-dək yerinə yetirilməsi qarşıya məqsəd qoyulub.Ramazan bayramı günləri isə İsmayıllı və Şəmkir rayonlarında iki, Zaqatalada isə bir poçt şöbələri üçün yeni binalar istifadəyə veriləcək.