Fontu böyüt:
“Azercell Telekom” MMC ilə Böyük Britaniyanın “Orange” operatoru arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib.
Şirkətdən xeberler.az-a verilən məlumata əsasən bu, “Azercell”-in Böyük Britaniya ilə dördüncü rouminq müqaviləsidir. “Azercell” abonentləri hazırda Böyük Britaniyanın “Vodafone”, “O2”, “Hutchinson 3GUK Limited” operatorlarının xidmətindən yararlanırlar.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” MMC 76 ölkənin mobil rabitə operatorları ilə 185 GPRS/MMS rouminq sazişi bağlayıb.