İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu banklarla görüş keçirəcək

19.09.2013 [10:26]

Fontu böyüt:      

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu banklarla görüş keçirməyi planlaşdırır.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu banklarla görüş keçirməyi planlaşdırır.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, fondun icraçı direktoru Elçin Zeynalov bu həftənin sonunda yerli bankların nümayəndələri ilə görüş keçirmək niyyətindədir.
“Görüş zamanı banklarla fond arasında əməkdaşlıq imkanları müzakirə olunacaq. Müşahidə Şurasına təqdim edilmiş müvəkkil banklarla müqavilə forması və bankların seçim meyarları təsdiq edildikdən sonra  banklar seçilərək müqavilələr imzalanacaq”, - deyə E.Zeynalov bildirib.
Onun sözlərinə əsasən, bu ilin dekabr ayında ilk müsabiqələrin keçirilməsi nəzərdə tutulur.
“Bizim əsas məqsədimiz ən effektiv və perspektivli layihələrin seçilməsidir. Layihələrin maliyyələşməsinə artıq 2014-cü ildən etibarən başlanılacaq”, - deyə  o qeyd edib.
Xatırladaq ki, fondun vəsaitlərinin istifadəsi qaydalarına əsasən, sahibkarlara 10 min manatdan 50 min manatadək – üç illik kiçikhəcmli kreditlər, 50 min manatdan 500 min manatadək – beş illik ortahəcmli kreditlər, 500 min manatdan 5 milyon manatadək – 10 illik böyükhəcmli kreditlər ayrılacaq. Fondun kreditlərinin illik faiz dərəcəsi 1% müəyyən edilir, müvəkkil kredit təşkilatlarının fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləği 5%-dən artıq olmamalıdır. (ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar