İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternetdə sürət problemi

17.06.2010 [09:13]

Fontu böyüt:      

"3 aydan da çoxdur ki, gedirəm. Hər dəfə də deyirlər ki, gələn ay port veriləcək. Gah bəhanə gətirirlər ki, sizin ATS mini ATS-dir, gah da günahı portun üstünə atırlar. Konkret demirlər ki, nə vaxt düzələcək və ya düzələcəkmi?"

 "3 aydan da çoxdur ki, gedirəm. Hər dəfə də deyirlər ki, gələn ay port veriləcək. Gah bəhanə gətirirlər ki, sizin ATS mini ATS-dir, gah da günahı portun üstünə atırlar. Konkret demirlər ki, nə vaxt düzələcək və ya düzələcəkmi?"

Elxan Əlibəyov Bakının Şüvəlan qəsəbəsində yaşayır. Deyir illərdir sürətli İnternetə həsrət qalıb. Ötən il Şüvəlan ATS-nə daha sürətli və keyfiyyətli ADSL xidmətinə qoşulmaq üçün şkaflar, yəni xüsusi portlar yerləşdirilsə də, bu heç də bütün qəsəbəni əhatə etmir.

Elxan deyir ki, çoxsaylı müraciətlərinə baxmayaraq, əlavə portların yerləşdirilib- yerləşdirilməyəcəyi ilə bağlı məlumat da əldə edə bilmir. Həm də problem təkcə portla bitmir, hazırda ADSL xidmətindən istifadə edən qəsəbə sakinləri də vəziyyətin ürəkaçan olmadığını deyirlər.

Anar Gəraylı «Bakinternet» provayderinin istifadəçisidir, deyir daha sürətli İnternet arzusuyla ADSL xidmətinə qoşulsa da, hazırda internetinin real sürəti təklif olunan sürətdən qat-qat aşağıdır.

12 SAATIN 2-3 SAATI İNTERNET KƏSİLMƏLƏRLƏ VERİLİR

- Gün ərzində təxminən 10-12 saat İnternetdə oluram, 12 saatın 2-3 saatı internet kəsilmələrlə verilir. Hətta elə olub ki, «Bakinternet» ADSL-nin sürəti dial up-dan da aşağı olur.

Şüvəlan ATS-indən isə deyirlər ki, qəsəbənin 90 faizini ADSL xidməti ilə təmin etmək üçün bütün lazımi imkanlara malikdirlər, o ki qaldı keyfiyyətə, növbətçi mühəndis deyir ki, bütün avadanlıqlar yenidir, hər hansı problemdən söhbət gedə bilməz.:

SÜRƏT ƏLADIR

- ADSL portuna Mərdəkan və Şüvəlanın 90 faizində kim istəyir, qoşmaq mümkündür. Qalan yerlərə də baş idarə avadanlıq sifariş verib, təxminən həftənin axırına gəlməlidir. Keyfiyyət isə əladır, yeni, müasir avadanlıqdır, heç bir problem yoxdur, sürət də əladır.

Amma istifadəçilər kimi ekspertlər də iddia edirlər ki, İnternetin keyfiyyəti təkcə bölgələrdə və ya Bakıətrafı kəndlərdə deyil, elə paytaxtın özündə də aşağıdır.

Azərbaycan İnternet Forumu bu yaxınlarda istifadəçilər arasında müvafiq sorğu da keçirib. 400 ADSL istifadəçisi arasında keçirilən sorğunun nəticəsi də göstərib ki, respondentlərin yalnız Osman Gündüz
20,8 faizi göstərilən xidmətdən razıdır. Osman Gündüz
Təxminən 50 faiz rəyi soruşulan İnternetlə bağlı hansısa formada problemlə üzləşdiyini, 35 faizə yaxını isə ADSL xidmətindən qətiyyən razı olmadığını deyib. Sorğuda iştirak edənlərin 57 faizi isə müqavilədə nəzərdə tutulan İnternet sürətini almadığını xüsusi vurğulayıb.

PROVAYDERLƏRİN TƏKLİF ETDİKLƏRİ SÜRƏT ŞİŞİRDİLİB

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də əksər provayderlərin təklif etdikləri sürətin şişirdilmiş rəqəm olduğunu deyir:

- İlk baxışdan görünür ki, 25 manata normal 1 meqabit internet əldə edə bilərsiz. Kompyuterdə də internetin sürəti 1 meqabit göstərir. Amma əslində real olaraq internet instrumentləri ilə ölçəndə görürsüz ki, bu 1 meqabit deyil, ondan aşağıdır. Yəni siz 25 manatı 1 meqabitə görə yox təxminən 500 kilobitə görə verirsiz.

Osman Gündüz deyir ki, Anar Gəraylı kimi elə sorğuda iştirak edənlərin də böyük əksəriyyəti daha çox «Bakinternet»dən şikayətçidir.

BU MƏSƏLƏ DÖVLƏT İNHİSARINDA DEYİL

Dövlətə məxsus «Bakinternet» provayderinin məsələ ilə bağlı mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Amma şirkət bir müddət əvvəl mətbuata açıqlamasında bildirib ki, İnternet şəbəkəsindəki problemlərin bir qismi Azərbaycanın İnternet mərkəzlərindən uzaqda yerləşməsi ilə bağlıdır. O ki qaldı portların yerləşdirilməsi və İnternetin keyfiyyətinə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev deyir ki, bu məsələ dövlət inhisarında deyil. Yəni göstərilən xidmətə görə provayderin özü cavabdehdir, istifadəçi isə seçim etməkdə sərbəstdir.

Hazırda Azərbaycanda İnternet sahəsində 35 provayder fəaliyyət göstərir.

mənbə: Azadlıq Radiosu


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar