İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

AŞ Azərbaycanda Diffamasiya haqqında qanun layihəsinin qəbulunu vacib hesab edir

17.11.2009 [10:19]

Fontu böyüt:      


Avropa Şurası Azərbaycanda «Diffamasiya haqqında» qanun layihəsinin qəbulunu vacib hesab edir.
«Biz hesab edirik ki, hər hansı bir jurnalist öz yazdığı məqaləyə və verdiyi məlumata görə azadlıqdan məhrum edilməməlidir», - Trend News-un məlumatına görə, bazar ertəsi jurnalistlərə Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib.

«Diffamasiya haqqında» qanun layihəsinin qəbulu ilə bağlı bu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, «Yeni Nəsil» Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müracitə etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Kotekin sözlərinə görə, bu qanun qəbul edilsə belə jurnalistlər heç də məsuliyyətdən tam qurtardıqlarını düşünməməlidirlər. «Əgər hər hansı jurnalist nifrətedici çıxış edərsə, yaxud digərlərini zorakılıq əməlləri törətməyə təhrik edəsrə, bu zaman konkret cinayət əməlinə qiymət verilməlidir», - xüsusi nümayəndə əlavə edib.

Onun fikrincə, diffamasiya barəsində danışan zaman digərlərinin nüfuzunun qorunmasına hörmət bəslənilməsi əsas götürülməlidir. «Diffamasiya qanunu bəzi ölkələrdə insanların nüfuzunun qorunması barəsində qanun da adlanır. Bu səbəbdən belə bir qanunun qəbul edlməsi eyni zamanda jurnalistlərin daha yaxşı düşünməsi ilə nəticələnməlidir. Onlar peşəkar fəaliyyətlərində nəyi edə bilməyin yolverilməz olduğunu dərk etməlidirlər», - Kotek vurğulayıb.

Avropa Şurası nümayəndəsi deyib ki, diffamasiya ilə bağlı qanunun qəbul edilməsi həm Azərbaycan cəmiyyətinə, həm də ölkədə fəaliyyət göstərən jurnalistlərə köməyini göstərməlidir.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar