İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Startaplar nəticəsində Azərbaycanda yeni milyonçular meydana çıxa bilər

05.04.2013 [11:34]

Fontu böyüt:      

İKT sahəsində gözlənilən startaplar “bum”u əsasən gənc nəsil arasından yeni milyonçuların meydana çıxması ilə nəticələnə bilər. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu haqda İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bəyan edib.
İKT sahəsində gözlənilən startaplar “bum”u əsasən gənc nəsil arasından yeni milyonçuların meydana çıxması ilə nəticələnə bilər. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu haqda İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bəyan edib.

Mərkəz rəhbərinin sözlərinə görə, İKT sektorunun bu seqmenti, xüsusən də internet sahəsində olan biznes yaxşı potensiala malikdir: “İnternet-biznes baxımından, son illər Azərbaycan bazarında sərmayələr internet-mediaya yönəlirdi, halbuki internet sahəsi daha genişdir və bu bazarın həcmi yaxın 5 il ərzində dəfələrlə arta bilər. Hazırda bazarda dəyəri bir milyon ABŞ dollarını keçən bir neçə internet-biznes mövcuddur və bu cür layihələrin sayı tədricən artacaq”.

Ekspert hesab edir ki, investorların marağına səbəb ola biləcək internet-layihəsinin yaradılması üçün ən optimal yol startaplar müsabiqəsində iştirakdır. Məhz bu cür müsabiqələr çərçivəsində gənc proqramçılardan ibarət olan komandalar öz ideyalarını və ya artıq fəaliyyət göstərən internet-layihələrini gözlənilən gəlirlər baxımından investorların marağına səbəb ola biləcək davamlı biznes-model üçün irəli sürə bilər:

“Misal üçün, bunu hazırda keçirilən “Startup Azerbaijan” müsabiqəsində etmək olar. İlk dəfə olaraq sözügedən müsabiqə bütün marağı olan tərəflərin, o cümlədən investor və mentorların cəlbi ilə tələb olunan standartlar üzrə keçirilir. Mövcud vəziyyətin təhlili göstərir ki, artıq Azərbaycanda perspektivli layihələrə bir milyon ABŞ dollarna qədər sərmayə yatırmağa hazır olan real investorlar var, ancaq bununla belə maraqlı layihələrin sayı çox azdır. Sadəcə, istifadəçilərin maraqlarını cəlb etmək məqsədilə yüzlərlə saytların yaradılması dövrünü əhatə edən son 10-15 ilin “internet-idelizmi”ndən fərqli olaraq hazırkı mərhələdə vəziyyət tam başqadır – sayt və ya proqram real qazanmaq imkanına malik olmalıdır. Bunu isə azərbaycanlı startaperlər hələ öyrənməlidirlər”.

Həqiqət İSABALAYEVA 
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar