Dövlət Statistika Komitəsinin məlumatına görə, xidmətlərin 72.2 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 76.1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Cari ilin birinci yarısında informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 707.1 milyon manat dəyərində və ya ötən ildə olduğundan 7.5 faiz çox rabitə xidməti göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, xidmətlərin 72.2 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 76.1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Komitədən həmçinin bildirilib ki, müvafiq dövr ərzində elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1038.2 min manatlıq qeyri-ərzaq malları və 73.4 min manatlıq ərzaq məhsulları satılıb və bu göstərici analoji olaraq 68.5 faiz və 2.1 dəfə artıb.
Kompüter və digər elektron avadanlıqların istehsalı 53.3 faiz artıb.(ictnews.az)