21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
2009-cu ildə informasiya texnologiyaları dünyasında əsasən korporativ sektorda Linux-un geniş tətbiqi, təhlükəsiz və ekoloji cəhətdən zərərsiz kompüter şəbəkələrinin qurulması gözlənilir.
2009-cu ilin bütün İT-işləmələri iki deviz altında yerinə yetiriləcək – qənaətbəxş və ekoloji cəhətdən təmiz. Kompüter sənayesi bu ya digər halda məhz bu iki şərh əsasında fəaliyyət göstərəcək, Cybersecurity yazır.
2009-cu il üçün əksər istehsalçılar və böyük istifadəçi-şirkətlər bir sıra irimiqyaslı layihələr və məhsul tətbiqləri həyata keçirməyi planlaşdırırlar. Burada, 2009-cu ilin fevral ayında istifadəyə veriləcək Firefox 3.1 açıq brauzerini qeyd etmək olar. Həmçinin 2009 ildə Thunderbird 3 poçt müştəri servisi təqdim olunacaq.
Üzümüzə gələn il Windows 7 əməliyyat sisteminin işlənib hazırlanmasının başa çatacağı gözlənilir ki, il boyu istifadəçilər bu əməliyyat sisteminin bir neçə beta-versiyalarını istifadə edə biləcəklər. Gələn ilin sonuna isə Microsoft Windows 7-nin tam hazır olacağını vəd edib.
Ekspertlərin ümumi fikrə gəldikləri proqnozlar sırasına həmçinin, provayderlər tərəfindən, domen ünvanlanması DNSSec texnologiyası əsasında həyata keçiriləcək şəbəkələrin kütləvi tətbiqi məsələsi mövcuddur. Əvvəl ICANN təşkilatında təhlükəsizlik baxımdan klassik DNS-dən imtina olunması və DNSSec-in de-fakto domen standartına çevrilməsinə dair artıq təkliflər irəli sürülmüşdür. Bu texnologiya standart olub-olmayacağını isə zaman göstərəcək.