İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Məktəblərdəki internetə filtrasiya sistemi qoşulub

10.02.2011 [12:07]

Fontu böyüt:      

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) bütün dünyada hər fevral ayının ilk çərşənbə axşamı qeyd olunan Təhlükəsiz İnternet Gününə (Safer Internet Day) həsr olunmuş dəyirmi masa keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda bir sıra QHT nümayəndələri, dövlət orqanları,

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) bütün dünyada hər fevral ayının ilk çərşənbə axşamı qeyd olunan Təhlükəsiz İnternet Gününə (Safer Internet Day) həsr olunmuş dəyirmi masa keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda bir sıra QHT nümayəndələri, dövlət orqanları, İT-şirkətlər, eləcə də ekspertlər internetdə uşaqların təhlükəsizliyi və onların təhlükəli kontentdən qorunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu günün tarixi barədə iştirakçılara məlumat verərək qeyd edib ki, 2011-ci ilin mövzusu “Bu adi bir oyundan daha ciddidir, bu sənin həyatındır” şüarı ilə cəmləşdirilən “bizim virtual həyatlarımız” anlamıdır. Nazir müavini Qlobal Şəbəkənin şübhəsiz üstünlükləri ilə yanaşı müəyyən fəsadlar doğurduğunu da bildirib.

 Onun sözlərinə görə, bu xüsusən, uşaqların internetdən istifadəsi zamanı özünü büruzə verir: “Təəssüf ki, uşaqlar və yeniyetmələr əksər hallarda onların real həyatlarına zərər gətirə biləcək internet mühitin neqativ təsirinin təhlükəsini sonadək anlamır. O əlavə edib ki, hazırda bütün dünya ictimaiyyəti uşaqların təhlükəli kontentdən qorunması problemi haqqında düşünür və bu problemin həlli üçün kompleks yanaşma lazımdır: “Bu səpkidə bir neçə istiqamət üzrə işləmək vacibdir: uşaqlar və böyüklər arasında mövcud risklər haqqında təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, müvafiq hüquqi bazanın yaradılması, faydalı kontent həcminin artırılması, və ən vacibi uşaqların nəzarətsiz internetdən istifadə edilməsinin qarşısını almaq üçün hamılıqla səylərin göstərilməsi vacibdir”.

Tədbir iştirakçıları son illər ərzində insanın real və virtual həyatları arasındakı qarşılıqlı əlaqənin daha da yaxınlaşdığını vurğulayaraq bunun əsasən gənc nəslin nümayəndələrində daha aydın təzahür edildiyini qeyd ediblər. Bütün dünyada belə bir tendensiya müşahidə olunur ki, yeniyetmələr və uşaqlar vaxtlarının müəyyən hissəsini kompüter arxasında internetdə keçirir. Bu da müəyyən fayda ilə yanaşı çox vaxt zərərli kontent, fərdi məlumatların qanunsuz istifadəsi, şəxsi həyatın toxunulmazlığı kimi bir sıra problemlərlə nəticələnir.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi ölkə məktəblərini internetlə təmin edən Azərbaycanın təhsil şəbəkəsində kontentin süzgəc sisteminin təqdimatını keçirib.

Qeyd olunub ki, filtrasiya sistemi şagirdlər üçün potensial təhlükəli kontentin qarşısını alır. İştirakçılar uşaqların qanunsuz kontentdən qorunmasının texniki üsullarına dair fəal müzakirələr aparıblar. Toplantıda həmçinin zərərli informasiya ilə dolu wap-resursların sayının kəskin sürətdə artmasından narahatlıq ifadə edilib.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar