21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) baş katibi Ahoran Amit arasında imzalanmış sənədə əsasən, Dövlət Komitəsi Azərbaycan Respublikası adından təşkilatın tərəfdaş üzv ölkə proqramına qoşulub.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tərəfdaş üzv ölkə proqramına qoşulmaqla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi IEC-in elektron bazalarından maneəsiz istifadə və Komissiya tərəfindən qəbul edilmiş 200-dək beynəlxalq standartı əldə edərək Azərbaycan Respublikasında tətbiq etmək imkanları qazanıb.
Bundan başqa, Komitə ekspertləri IEC-in Texniki Komitələrində və Baş Assambleyada iştirak etmək hüququ da əldə edib.
Qeyd edək ki, IEC elektrik, elektron və əlaqəli texnologiyalar sahəsində standartlaşdırma üzrə beynəlxalq təşkilatdır. IEC standartları zəruri hallarda Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) ilə müştərək hazırlanır. Komissiya 1906-cı ildə yaradılıb və hazırda tərkibində 76 ölkə təmsil olunur. Komissiyanın mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərindədir.