Fontu böyüt:
Azərbaycan Xarici İşlər Nazirliyi-nin mətbuat xidməti ölkə ictimaiyyətini youtube.com-da yerləşdirilən Azərbaycan himn və bayrağını təhqir edən çarxın (www.youtube.com/watch?v=TPT5J4sv8GY) yayımlanmasına qarşı fəal səsverməyə çağırır.
Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxovun verdiyi məlumata görə, artıq saytın administrasiyasına məktub göndərərək, Azərbaycan dövlət və xalqını təhqir edən çarxı çıxarmağı tələb edib. O, həmçinin ölkə ictimaiyyətini bu çarxın saytda yayımlanmasına qarşı çıxış etməyə çağırıb.
Çarxı saytda ləğv etməyin yeganə yolu onu bilavasitə "ekran"ın üzərində yerləşdirilən "FLAG" işarəsi ilə qeyd etməkdir. Nə qədər çox insan bu təhqirə qarşı səs verərsə, çarx saytdan bir o qədər tez ləğv edilər.