İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Wi-Fi üçün yeni standart standart təsdiq olunub

15.09.2009 [17:14]

Fontu böyüt:      


Wi-Fi simsiz şəbəkələri üçün 802.11n standartı təsdiq olunub. Yeni standart maksimal məlumat ötürülmə sürətini təxminən on dəfə artırır. Onun xüsusiyyətləri 2009-cu ilin sentyabr ayının 11-də IEEE (Institute of Electrical and Electronics Engineers) beynəlxalq təşkilatının Standartlar üzrə Şurası tərəfindən qəbul olunub. 802.11n standartlı simsiz şəbəkədə fiziki səviyyədə maksimal məlumat ötürülmə sürəti saniyədə 600 meqabit təşkil edir. Təcrübədə bu saniyədə 150-200 meqabit deməkdir.

Wi-Fi standartının əvvəlki versiyasında (802.11g) maksimal sürət göstəricisi saniyədə 54 meqabit, real olaraq isə saniyədə 20 meqabit təşkil edir. 7 il ərzində işlənib hazırlanan 802.11n standartının 2007-ci ildə 802.11n Draft 2.0 – “qaralama” versiyası təsdiq olunmuşdur. Son varianta bu versiya ilə müqayisədə yalnız elə də vacib olmayan əlavələr daxil edilib. Belə vəziyyətdə, son iki il ərzində istifadəyə verilmiş “draft n” işarəli qurğular final versiya ilə tam uyğunluq təşkil edəcək. Yeni avadanlıq həmçinin 802.11a/b/g əvvəlki nəsil qurğularla da işləyə bilər. Yüksək sürət çoxaxınlı məlumat ötürülmə texnologiyası hesabına əldə olunur (MIMO - multiple-input multiple-output).

Qəbuledici və verici qurğular bir neçə antenalarla təchiz olunurlar. 802.11n simsiz şəbəkəsi iki tezlik diapazonunda işləyə bilir və əvvəlki versiya ilə müqayisədə daha geniş qəbuledici zona ilə təmin edir. Wi-Fi Alliance təşkilatı avadanlığın yeni standart üzrə sertifikatlaşdırılmasına sentyabrın 30-dan başlayacaq. Bundan əlavə saniyədə 450 meqabit məlumat ötürülmə sürətini dəstəkləyən qurğuların test işləri aparılacaq. 802.11n standartının tam xüsusiyyətlərinin oktyabr ayının ortasında açıqlanacağı gözlənilir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar