Fontu böyüt:
Xeberler.az-ın Rabitə və İnformasiya nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Qərbin internet istifadəçiləri arasında populyar olan Answers.com axtarış sistemi bu günlərdə 127 min dollara satılacaq.
Qeyd edək ki, resursun alıcısı AFCV Holdings özəl şirkətidir. Şirkətlər arasında bağlanmış müqaviləyə əsasən AFCV Holdings axtarış sisteminin bir səhminə görə 10.50 dollar ödəyəcək.
Sövdələşmə 2011-ci ilin ikinci rübü ərzində reallaşdırılacaq.