Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın Avropa Şurasının «Kibercinayət haqqında» Konvensiyaya qoşulması ilə əlaqədar seminar keçirməyi planlaşdırır.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın Avropa Şurasının «Kibercinayət haqqında» Konvensiyaya qoşulması ilə əlaqədar seminar keçirməyi planlaşdırır.
Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, seminarın konvensiyanın şərtlərinin yerinə yetirilməsinə cavabdeh olan dövlət təşkilatlarının nümayəndələrin və ekspertlərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Tədbirdə Azərbaycanın bu sənədə qoşulduqdan sonra hansı işlər görməli olduğu geniş müzakirə ediləcək.
Qeyd edək ki, «Kibercinayət haqqında» Konvensiya 2001-ci ilin noyabr ayında Budapeştdə (Macarıstan) qəbul olunub. Konvensiyanın məqsədi müxtəlif ölkələrdə biri-birindən fərqlənən, kompüter cinayətləri haqqında qanunları razılaşdırmaqdır. Bu konvensiyaya qoşulmaq təşəbbüsü RİTN tərəfindən 2005-ci ildə irəli sürülüb. Azərbaycan konvensiyaya bu ilin iyunun 30-da qoşulub.
http://www.apa.az/