Fontu böyüt:
Milli Internet Mükafatı - Milli Net 2014 yarışmasında milli internet resursların qiymətləndirilməsini həyata keçirəcək münsiflər heyətinin tərkibi artıq formalaşıb.
Xeberler.az saytının məlumatına görə, saytların qiymətləndirilməsini 3 istiqamət ( kontent, dizayn və funksionallıq) üzrə 15 nəfərlik münsiflər heyəti aparacaq. Yekun bal bu 3 istiqamət üzrə toplanan balların cəmi əsasında müəyyən olunacaq.
Münsiflərin hər bir sayt üzrə
verdiyi qiymət qısa şərhlərlə əsaslandırılır.
Nəticə elan olunandan sonra “Nominant” statusu qazananlar və qalib saytlar
verilən qiymət, əsaslandırma şərhləri ilə tanış ola biləcəklər.
Müsabiqənin qaydaları və seçim meyarları millinet.az saytında yerləşdirilib. 2 mərhələli qiymətləndrimə prosesi noyabrın sonunda başlanacaq.
Azərbaycan İnternet Forumunun təsdiq etdiyi münsiflər heyətinin yekun tərkibi ilə burada tanış olmaq olar: http://millinet.az/?sec=mdata&mid=6