21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
ABŞ-ın Göz Erqonomikası Laboratoriyası mütəxəssisləri maraqlı nəticəyə gəliblər.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc-a bildiriblər ki, ABŞ-ın Göz Erqonomikası Laboratoriyası mütəxəssislərinin qənaətinə görə, gözlər üçün ən təhlükəsiz kompüter şrifti Verdanadır. Ekranda mətnlərin oxunması üçün ən münasib şriftin ölçüsünün isə 10-12 keql olduğu bildirilir.
Tədqiqatların rəhbəri Cim Şidinin sözlərinə görə, şriftin ölçüsünün kiçik olması görmə qabiliyyətinin zəifləməsinə və diqqətin yayınmasına gətirib çıxarır.
Verdana şrifti 1996-cı ildə rəssam Metyu Karter tərəfindən “Microsoft” korporasiyası üçün hazırlanıb. Şriftin hərfləri sətirarası intervalın hesabına böyüdüldüyü üçün hətta kiçik keqldə belə çox asanlıqla oxunur.