21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın CDMA operatoru olan «CATEL» şirkəti ötən ilin dekabr ayı ərzində «FONEX» ticarət nişanına aid «qızıl nömrələr»in sahibləri üçün keçirdiyi 50%-lik endirim kampaniyasının vaxtını bu ilin yanvarın sonunadək uzadıb.
«Catel» şirkətinin Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, operatorun abunəçiləri 300, 200, 150, 100 və 75 manat dəyərində olan nömrələri yarı qiymətə əldə edə bilərlər.
Eyni zamanda, şirkət sabahdan etibarən 200, 202, 209, 210, 212, 213, 215, 218, 220, 404 və 418 seriyalı nömrələrin siyahısına 225 və 250 seriyalarını da əlavə edir.
Qeyd edək ki, 1997-ci ildə yaradılan «CATEL» şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə 3G CDMA standartında rabitə xidmətləri göstərir. «CATEL» Azərbaycanda müştərilərə dayanıqlı və yüksək keyfiyyətli telefon, faksimil, İSDN, İnternet və Data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsi qurub.
Şirkət 2004-cü ilin avqust ayından etibarən Azərbaycanda ilk dəfə olaraq, ən müasir 3-cü nəsil CDMA 2000 1x mobil rabitə texnologiyasını «Huawei» şirkətinin avadanlığı əsasında tətbiq etməyə başlayıb. Bu texnologiya ABŞ-ın «Qualcomm» şirkəti tərəfindən işlənilib və 2-ci nəsil mobil rabitədən bir sıra üstün cəhətləri ilə fərqlənir: standartın ekoloji cəhətdən təmizliyi, şəbəkənin geniş tutumu, məlumatın yüksək sürətlə ötürülməsi, analoq və rəqəmsal faksın dəstəklənməsi və s.
Bununla yanaşı, 2007-ci ilin aprel ayında şirkət CDMA2000 standartında mobil xidmətlər göstərmək məqsədilə yeni «FONEX» ticarət nişanını yerli telekommunikasiya bazarına çıxarıb.
xeberler.az/Ellada