İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“CeBIT Bilişim Eurasia 2010” informasiya texnologiyaları sərgisinə start verilir.

07.10.2010 [11:26]

Fontu böyüt:      

Bu gün İstanbulda (Türkiyə) CeBIT Bilişim Eurasia 2010 illik beynəlxalq informasiya texnologiyaları sərgi və konfransına start verilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, “

“CeBIT Bilişim Eurasia 2010” informasiya texnologiyaları sərgisinə start verilir.

Bu gün İstanbulda (Türkiyə) CeBIT Bilişim Eurasia 2010 illik beynəlxalq informasiya texnologiyaları sərgi və konfransına start verilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, “CeBIT Bilisim Eurasia” regionun ən iri informasiya-kommunikasiya texnologiyaları (İKT) sərgisidir və Azərbaycan artıq bir neçə ildir ki bu mühüm tədbirlə yaxından maraqlanır.

Bununla belə, məhz builki sərgidə respublika ayrıca pavilyonla təmsil olunur. Bu, Azərbaycanın İKT sahəsindəki potensialını nümayiş etdirmək və ölkəyə ən yeni texnologiyaları cəlb etməyə imkan yaranacaq. Dövlət və özəl sektorun təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik edir.

Azərbaycanın milli pavilyonunda respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələrin nümayişi nəzərdə tutulur. Eyni zamanda, milli pavilyonda Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş və regionun 20-dən çox ölkəsinin yüksəksürətli informasiya şəbəkəsi ilə təmin edəcək Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi xüsusi yer alacaq. Həmçinin sərgidə Regional İnnovasiya Zonasının yaradılması, eləcə də ölkənin ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması və həmçinin, təhsil və digər sahələrdə İKT-nin tətbiqinə dair layihələr də təqdim olunacaq.

Dövlət sektorundan başqa, pavilyonda ölkənin özəl İKT-şirkətlərinin də nailiyyətləri əks olunacaq. Azərbaycanı sərgidə təmsiledən nümayəndə heyətinin tərkibinə 10-dan çox özəl İKT şirkətlərinin nümayəndələri daxildir.
Sərgi oktyabrın 10-a kimi davam etdiriləcək.

LENT.AZ



Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar