İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“İsmarış” ya “ismarıc”?

12.11.2014 [14:28]

Fontu böyüt:      

Bu sözün yazılışı internet forumlarında, sosial şəbəkələrində qızğın mübahisə predmetinə çevrilib. Axtarış sistemi sözün həm “ismarış” həm də “ismarıc” kimi yazıldığını göstərir.

Texnologiyaların  inkişafı Azərbaycan dilinin lüğət tərkibinə ciddi  təsir edir. Hər gün yeni sözlə qarşılaşırıq. Bəzən isə dilin özündə olan sözlər də yeni mənada istifadə edilir.

İngilis dilindən alınan “mesaj” ya da “sms” sözünün Azərbaycan dilində analoqu “ismarış”dır. Amma bu sözün yazılışı internet forumlarında, sosial şəbəkələrində qızğın mübahisə predmetinə çevrilib. Axtarış sistemi sözün həm “ismarış”  həm də “ismarıc” kimi yazıldığını göstərir. 

Xeberler.az saytı “ismarış” ya “ismarıc” yazılmalıdır” sualını dilçi ekspertə yönləndirib.

Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli düzgün yazılışın “ismarış” olduğunu açıqlayıb: “İsmarış” sözü  “sifariş” sözünün təhrif olunmuş formasıdır. Tələffüz zamanı “s” və “i” səsləri yerlərini dəyişib, “f” samiti isə “m” samitinə çevrilibdir. Buna görə də bu söz “ismarıc” kimi yox “ismarış” kimi yazılmalıdır. Qeyd edim ki, alınma sözlərin tələffüz zamanı təhrif olunması da söz yaradıcılığının bir formasıdır”.

Xeberler.az saytının arayışı:

Azərbaycan dilinin Orfoqrafiya lüğəti “Elm” nəşriyyatı 1975,

İsmarış

Azərbaycan dilinin Orfoqrafiya lüğəti - Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi yeni orfoqrafiya qaydaları əsasında tərtib edilib.   

İsmarış

Azərbaycan dilinin Dialektoloji lüğəti “Şərq-Qərb” nəşriyyatı 2007,

İsmarış (Qazax, Salyan, Tovuz) – sifariş, xəbər. – Sə:n ismarışu: Nəbiyə çatdırdım (Salyan)

Azərbaycan dilinin İzahlı lüğəti “Elm” nəşriyyatı 1980, II cild.

İsmarış, us. Tapşırıq. Aşıq sazla dediyi kimi, sözlə də Məhbub xanımın ismarışını Koroğluya yetirdi. “Koroğlu”. Padşah zənəninə ismarış göndərir ki, hələ bir neçə vaxt qalsın orada, uşağın bir sümüyü bərkisin, gələr, gənə bir qəzavü qədər üz verər. (nağıl).// Sifariş. 

Orfoqrafiya qaydaları saytı azerdict.com isə belə bir sözün dilimizdə həm olduğunu, həm də olmadığını iddia edir: 

İsmarış” sözü Azərbaycan dilinin orfoqrafiya lüğətində yoxdur. 

İsmarış” sözü Azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur.

Günel Azadə

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar