Böyük Britaniyanın telekommunikasiya tənzimləyicisi Ofcom təşkilatının məlumatına əsasən 2007-ci ildə irlandiyalılar ən aktiv mobil telefon istifadəçiləri olublar.
Bir irlandiyalı bir ay ərzində orta hesabla 179 dəqiqə mobil telefonla danışır və 154 qısa ismarıc (sms) göndərir.
Böyük Britaniyanın telekommunikasiya tənzimləyicisi Ofcom təşkilatının məlumatına əsasən 2007-ci ildə irlandiyalılar ən aktiv mobil telefon istifadəçiləri olublar.
Bir irlandiyalı bir ay ərzində orta hesabla 179 dəqiqə mobil telefonla danışır və 154 qısa ismarıc (sms) göndərir. Müqayisə üçün qeyd edək ki, britaniyalılar orta hesabla bir ay ərzində 81 dəqiqə mobil telefonla danışırlar.
Abunəçilərin sayı isə daha sürətlə inkişaf edən ölkələrdə artır. Belə ki Rusiyada, Çində, Braziliyada və Hindistanda 2007-ci ildə 216 milyon abunəçi əlavə olunub.
Bundan əlavə Ofcom-un hesabatında internet və televiziya fəallığı barədə də məlumat təqdim olunur. Bu istiqamətdə birinci yer ABŞ-a məxsusdur. Burada əhali həftənin 15 saatını Şəbəkədə keçirir. İkinci pillədə həftədə 14 saatla Böyük Britaniya yer alıb. Ən fəal televiziya tamaşaçıları isə Polşada qeydə alınıb. Burada insanlar gün ərzində dörd saat televizora baxır.
www.lenta.ru xeberler.az