Fontu böyüt:
Gənc fəallar Emin Milli və Adnan Hacızadənin işi üzrə istintaq materialları prokurorluğa göndərilib. Bu haqda gənclərdən birinin vəkili İsaxan Aşurov Azadlıq radiosuna məlumat verib: «Cinayət işi ittiham aktı ilə birlikdə prokurora təqdim edilib. Çox güman ki, prokuror ittiham aktını təsdiq edib məhkəməyə göndərəcək».
Gənc fəallar bu il iyulun 8-də Bakıdakı «Livan» restoranında baş vermiş insidentlə bağlı həbs ediliblər. Məhkəmə gənclər barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Onlar barəsində əvvəlcə xuliqanlıq, sonra qəsdən sağlamlığa az ağır zərər vurma maddələriylə ittiham irəli sürülüb.
Bir sıra beynəlxalq təşkilatlar bu həbsi gənclərin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirib və Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını tələb edib.